Məşhur türkiyəli müğənni oxumağı atıb kəndə köçdü - "Tərəvəz yetişdirirəm" - - FOTO
Bizi izləyin

Magazin2

Məşhur türkiyəli müğənni oxumağı atıb kəndə köçdü - "Tərəvəz yetişdirirəm" - - FOTO

Türkiyədə 2000-ci illərə damğa vuran “Hepsi” qrupunun solistlərindən biri – Eren Bakıcı həyat tərzi ilə diqqətləri üzərinə çəkib.

Publika.az xəbər verir ki, Eren səhnələrdən uzaqlaçaraq Bursa şəhərində bir kəndə köçüb.

Musiqiyə əlvida deyəndən sonra kənd həyatı yaşamağa başlayan Eren keramika işi ilə maraqlanır.

“Səhnə işində içimdə qalan heç nə yoxdur. Mahnı oxumaq ürəyimdə bitib. Əvvəllər hər kəsin nələr etdiyi məni çox maraqlandırırdı. Amma indi heç kimlə maraqlanmıram. Mənim tək marağım təbiətlə iç-içə olmaq. Keramika ilə məşğul olmaq. Sakit bir həyat yaşamaq. Çünki ruhum rahatlayır. Öz tərəvəzlərimi becərib onlarla bəslənirəm”-, Eren yeni həyatından danışarkən deyir.

Keçmiş müğənni yaşam tərzini sevənləri ilə instaqram üzərindən paylaşır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm