Məşhur SSRİ mahnısının ifaçısı qocalar evində vəfat etdi – FOTO/VİDEO
Bizi izləyin

Magazin2

Məşhur SSRİ mahnısının ifaçısı qocalar evində vəfat etdi – FOTO/VİDEO

Populyar sovet müğənnisi Valentina Dvoryaninova 91 yaşında dünyasını dəyişib.

Publika.az "RİA-Novosti"yə istinadən xəbər verir ki, bu barədə məlumatı "Rossiyskaya qazeta" nəşri yayıb.

Müğənni Moskvada yaşlılar evində vəfat edib.

Aktrisa 1928-ci ildə fevralın 2-də anadan olub. Moskva Konservatoriyasında musiqi məktəbini bitirdikdən sonra o, Böyük Teatrda xorda çalışıb. Daha sonra müğənni Oleq Lundstrem rəhbəri olduğu orkestrin və Moskonsertin solisti olub.

Sovet və rus tamaşaçılarına Valentina “Калина красная", "Линахамари", "Как тебе служится" kimi mahnıları ilə tanınıb. 1964-cü ildə isə o, "Спокойной ночи, малыши" verilişinin "Спят усталые игрушки" adlı mahnısını ifa edib.

Müğənni martın 25-də dəfn olunacaq.

Qeyd edək ki, Valentina hərbçi atasının işindən dolayı bir müddət Bakıda yaşayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm