Məşhur aktyor serialdakı tərəf müqabilinə qaynar çayla dolu stəkan atdı – FOTO
Bizi izləyin

Magazin2

Məşhur aktyor serialdakı tərəf müqabilinə qaynar çayla dolu stəkan atdı – FOTO

Son dövrlərin tanınmış aktyoru Can Yaman tərəf müqabili olan aktrisa Selen Soydere qaynar çayla dolu stəkan atıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə bir neçə il əvvəl “Hangimiz sevmedik” adlı serialın çəkilişlərində baş verib. Məşhur aktyorlar arasında yaşanan mübahisə zamanı Can Yaman aktrisaya stəkan ataraq onu təhqir edib. Bundan sonra aktirsa həmkarını məhkəməyə verib.

Şahidlər dindirildikdən sonra kamera görüntüləri araşdırılıb. Nəticədə, məhkəmə Yamanın günahkar olduğuna dair hökm çıxarıb. Can Yaman təhqir cinayətindən 87 günlük pul cəriməsinə məhkum edilib. Qərara görə, Yaman cəzası əvəzində cəmi 7 min 830 lirə ödəyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm