Rusiya Tarkana sərvət qazandıracaq
Bizi izləyin

Magazin2

Rusiya Tarkana sərvət qazandıracaq

Müğənni Tarkan Rusiyada verəcəyi konsertdən 800 min dollar (1 milyon 357 min manat) qazanacaq.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tarkan 10 il fasilədən sonra yenidən Rusiyada konsert proqramı ilə çıxış edəcək. Ulduz 14 mayda Rusiyada, Moskovadakı “Crocos City Hall”da konsert verəcək. 6 min 200 nəfərin qarşısına çıxmağa hazırlaşan sənətçi konsertdən 800 min dollar (1 milyon 357 min manat) gəlir əldə edəcək.

Qeyd edək ki, o, sonuncu dəfə 2009-cu ildə Moskvada konsert verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm