Məşhur müğənninin 10 yaşlı qızı MİLYONÇU OLDU – VİDEO
Bizi izləyin

Magazin2

Məşhur müğənninin 10 yaşlı qızı MİLYONÇU OLDU – VİDEO

Tatar əsilli müğənni Alsunun qızı musiqi yarışmasının qalibi olub.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, müğənninin 10 yaşlı qızı Mikella Abramova birinci kanalda yayımlanan “Səs. Uşaqlar” yarışmasının dünənki finalında qalib seçilib. O, tamaşaçı səsverməsinin nəticələrinə əsasən, ifa etdiyi “Ты здесь” mahnısı ilə 56,5% səs toplayaraq finalda qələbə qazanıb.

Yarışmasının finalçısına bir milyon rubl mükafat və “Universal Russia” studiyasında sinql çıxarmaq imkanı verilib.

Lakin sosial şəbəkələrdə Alsunun qızının qalib olması birmənalı qarşılanmayıb. İzləyicilər qızın birinci yeri pulla aldığını, bəzi nömrələrdə biabırçı çıxış etdiyini yazıb. Bundan sonra Alsu instaqramda şərh bölməsini bağlayıb. Alsunun qızı isə verdiyi müsahibədə bildirib ki, ünvanına deyilən tənqidlər onu narahat etmir.

Məlumat üçün bildirək ki, Alsu zəngin iş adamı Ralif Rafiloviç Safın qızıdır. O, "Lukoyl" neft şirkətinin keçmiş vitse-prezidenti olub. Rusiyanın siyasi aləmində tanınmış şəxsdir. Anası Raziye İsxakovna memardır. Ulduz tanınmış iş Yan Abromoviçlə evlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm