Dünyanın ən məşhur serialı REKORD QIRDI – FOTO
Bizi izləyin

Magazin2

Dünyanın ən məşhur serialı REKORD QIRDI – FOTO

Bir neçə ildir davam edən “Game of Thrones” (“Taxt oyunları”) serialı yeni rekorda imza atıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ekran işinin dünən səkkizinci mövsümünün son bölümü yayımlanıb. ABŞ-ın “Warner Media” media şirkəti olan “HBO”-nun yaydığı məlumata əsasən, serial 19 milyondan çox izlənərək rekord qırıb.

Bu rəqəm ABŞ ilə eyni anda bütün dünyada müqaviləli media qurumları vasitəsilə serialı izləyən tamaşaçı sayını əhatə etmir. “Game “of Thrones” dünyanın 150-dən çox ölkəsində yayımlanır, lakin qlobal monitorinq rəqəmini təyin etmək çətindir.

Qeyd edək ki, səkkiz mövsümdür tamaşaçı qarşısına çıxan layihənin gələn il yenidən çəkilib-çəkilməyəcəyi isə sual altındadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm