Məşhur müğənnilər evləndi – RƏSMİ
Bizi izləyin

Magazin2

Məşhur müğənnilər evləndi – RƏSMİ

Məşhur duet ortaqları Potap (Aleksey Potapenko) və Nastya Kameneskinin bu gün toyudur.

Publika.az xəbər verir, ukraynalı müğənnilər Nastya Kamenski və Potapın sevgi romanı haqqında mütəmadi olaraq mətbuatda rəvayətlər dolaşırdı. Potap rəssam həyat yoldaşı İrina Qorova ilə boşandıqdan sonra şübhələr daha da gücləndi. Bununla belə ilk duetini 13 il əvvəl oxumağa başlayan cütlük münasibətlərini ciddi-cəhdlə gizləməyə çalışırdı.

Bu yaxınlarda Nastya verdiyi müsahibəsində şəxsi həyatından bəzi təfsilatları bölüşüb. O, sevgilisinin adını açıqlamasa da, müğənninin pərəstişkarları onun Potap olduğuna əmin idi.

Bir neçə həftə əvvəlsə Nastya Kamenski öz sevgilinə həsr etdiyi "Obitsya" mahnısını təqdim edib. Üstəlik, müğənni bu mahnının klipində gəlin obrazında görünüb, hətta nikah andını səsləndirib. Dünən də Potap Yutub kanalında "Konstant" klipini yerləşdirib və bütün söz-söhbətə nöqtə qoyub. Potap mahnı ilə birlikdə Nastya ilə münasibətləri haqqında açıqlama yayıb.

"Bir çox insanlar bizdən niyə hamıdan hər şeyi gizlətdiyimizi soruşurdu və bütün cavablar buradadır. Bu, xüsusi və yazdığım ən səmimi bir işdir. Bu, PTP albomunun bir hissəsi olmasına baxmayaraq, onu mahnı, trek və ya sinql adlandırmazdım. Bunlar mənim hisslərim, canım və ürəyimin bir hissəsidir. Bu, kişinin qadına olan sevgisinin dürüst etirafıdır. Sevdiyim və evlənəcəyim qız Nastya Kamenskiyə etirafdır. Bu lirika bizim qalaktikalarımızı birləşdirən, bizim məhəbbətimiz haqqındadır”, -deyə Potap qeyd edib.

Nastya isə “Artıq hisslərimizi pərəstişkarlarımızla bölüşmək vaxtı çatıb! Bu gün bir-biri sevən hər cütlük üçün həmin o xüsusi və xoşbəxt gündür. Biz sizinlə xoşbəxtliyimizi bölüşməyə şadıq və minnətdarıq ki, siz onu bizimlə böləcəksiniz!” deyə instaqramda məlumat verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm