Beren Saat boşanmağa hazırlaşdığı deyilən ərindən ELƏ SÖZLƏR YAZDI Kİ...
Bizi izləyin

Magazin2

Beren Saat boşanmağa hazırlaşdığı deyilən ərindən ELƏ SÖZLƏR YAZDI Kİ...

Uzun müdətdir ki, boşanma xəbərləri ilə gündəmdən düşməyən aktrisa Beren Saat müğənni həyat yoldaşı Kənan Doğulunu doğum günü münasibətilə təbrik edib.

Publika.az xəbər verir ki, əri ilə münasibətlərinin soyuq olduğu deyilən film ulduzu ürəyini instaqramda izləyicilərinə açıb. O, əri ilə şəkillərini paylaşaraq çətin günlər keçirtdiyini, amma müğənnini sevdiyini etiraf edib:

“Düşünürəm ki, oyun dostumu tapmışam, bir axşam" dedim, gözlərin parlayaraq baxdın. Gecə gitara səsinə oyandım, bir mahnı bəstələyirdin, heyran oldum. Biz o mahnını birlikdə bitirərkən eşq nəğməsi olduq. Bir-birimizin yaralarını öpdükcə, can dostu olduq. Yaydığımız eşq enerjisi ilə çevrəmizdə iqlim dəyişikliyinə səbəb olduq və bərabər əyləndik. Sonra bir nöqtədə sən məsumiyyətini itirdin, mən də oyun dostumu, yol yoldaşımı...

Tez-tez nə zaman boşanacağımızı soruşurlar, güvənmək, bağlanmaq, bağışlamaq, vaz keçmək... Amma bu ağır duyğusal müddət heç kəsi maraqlandımır. Boşanmaq işin ən asan tərəfidir, deyilənlərə görə, evlənməyə də az həvəsli tərəf idim. Mənim üçün əsas olan eşq idi və eşqdir. İnsanlar üçün sevgini qorumaq bir yastıqda qocalmaqmıdır, birlikdə ölməkmidir, bilmirəm. Halbuki, sən, mən və atanın gitarası bir yastığın içində; sonsuz zamanın dayandığı, ömrün tamamlandığı 100 illər yaşadıq. Bu dəbdən düşmüş romantizmdə ortağım olduğun üçün təşəkkür edirəm. Sən əlbəttə ki, yeni mahnılar yazacaqsan. Artıq içimdə nə qəzəb, nə ən kiçik bir peşmanlıq qaldı, hər damla gözyaşıma layiqincə dəydin. Nə yaxşı dünyaya gəldin ki, sənə aşiq oldum”.

B.Saat paylaşımı #happybirthdayKen #nomatterwhatilovedtoloveyou həştəqləri ilə bitirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm