Məşhur müğənni Ərdoğana məktub yazacaq
Bizi izləyin

Magazin2

Məşhur müğənni Ərdoğana məktub yazacaq

Türkiyənin pop ulduzu Demet Akalın son illərdə şiddətlə artan uşaq istismarı və ölümləri ilə bağlı sərt çıxış edib.

Publika.az xəbər verir ki, canlı yayımlanan verilişdə qonaq olan müğənni prezident Rəcəb Tayyib Ərdoğana məktub yazacağını deyib.

“Uşaqlara qarşı istismar və zorakılığa dözümüm yoxdur. 1,5 yaşında öldürülən Ərcinin qatilinin tapılmaması məni dəhşətə gətirir. Prezidentə məktub yazmağı düşünürəm. 8-9 ay əvvəl uşaqların ölümlərinə görə Ədliyyə Nazirliyinə getmişdik. Bizə 1 gündə görüş təyin etdilər. Ankaraya getdik. Bütün məsləhətçilərini çağırdı. Adamlar əllərində dosyelərlə gəldi. Bizə brifinq verdilər. Qatillərin də insan haqları varmış. Bəs uşaqların haqları necə olacaq? Ədliyyə nazirimizə hələ də güvənirəm. Orada kimyəvi xədm olunmaqdan söhbət açdılar, amma o zaman belə bu qatilləri düşünən insan haqları müdaxilə edir”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm