Nəsrin Cavadzadə Türkiyənin ən reytinqli layihəsində - FOTO
Bizi izləyin

Magazin2

Nəsrin Cavadzadə Türkiyənin ən reytinqli layihəsində - FOTO

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə “Aşk təsadüfləri sevər” filminin ikinci hissəsində rol alacaq.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rejissorluğunu Ömer Faruk Sarukun etdiyi ekran işinin ikinci hissəsinin çəkilməsinə qərar verilib. Bu dəfə baş rolları Türkiyədə yaşayan həmyerlimiz Nəsrin Cavadzadə və aktyor Yiğit Kiraz canlandıracaq.

Qeyd edək ki, “Aşk təsadüfləri sevər” romantik-dram janrında ən çox baxılan türk filmlərindən biridir. Filmin ilk hissəsində baş rolları türkiyəli aktyorlar Mehmet Günsür və Belçim Bilgin oynamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm