Məşhur xanım Putinlə görüşdüyü üçün 30 min avro ödəyəcək - SKANDAL
Bizi izləyin

Magazin2

Məşhur xanım Putinlə görüşdüyü üçün 30 min avro ödəyəcək - SKANDAL

Məşhur italiyalı aktrisa Ornella Muti həbsinə səbəb olan saxta həkim sənədini Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün düzəltdirib.

Publika.az İtaliya mediasına istinadən xəbər verir ki, hadisə 2010-cu ilin dekabrında baş verib.

Aktrisa İtaliyanın Pordenon şəhərində yerləşən Verdi Teatrında təşkil olunan tamaşada çıxış etməmək üçün saxta tibbi sənəd düzəltdirib. Sənəddə Mutinin qızdırma, öskürək, səs batması kimi problemlər yaşadığı və 5 gün istirahət etməsinin zəruri olduğu qeyd edilib. Aktrisa bunun əvəzində aktyor Kevin Kostner ilə birgə Sankt-Peterburqda Vladimir Putinin qatıldığı qala gecəsinə gedib. Onlar Putinlə eyni masada əyləşib.

Teatr illər sonra bu gerçəyi ortaya çıxarıb və aktrisanı məhkəməyə verib. Ornella Muti fırıldaqçılıqda və saxtakarlıqda ittiham olunub. Məhkəmənin qərarına görə, aktrisa ya 6 ay həbs cəzası çəkməli, ya da teatra 30 min avro ödəməlidir. Çünki Ornella Muti çıxmadığı oyun üçün teatrdan 24 min avro ödəniş alıb.

Muti İtaliya mətbuatına açıqlamasında bildirib ki, o gün səhnəyə çıxması mümkünsüz olub: “Bu, bir bəhanə deyildi. Oyun bir saatdan çox davam edən avaz-avaz monoloqdan ibarət idi. Və mən bunun öhdəsindən gələ bilməzdim. Lakin batmış səs sizin şam yeməyinə getməyinizə mane ola bilməz”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm