Nəsrin Cavadzadədən ŞOK SÖZLƏR: "Dünyaya 7 uşaq gətirmək istəyirəm"
Bizi izləyin

Magazin2

Nəsrin Cavadzadədən ŞOK SÖZLƏR: "Dünyaya 7 uşaq gətirmək istəyirəm"

Türkiyədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə Nişantaşında özünə 8 min lirəyə telefon alarkən jurnalistlərin suallarını cavablandırıb.

Publika.az xəbər verir ki, aktrisa rol alacağı ən son filmdə mahnı oxuyacağını bildirib.

Ən son texnologiya ilə heç də maraqlanmadığını bildirən aktrisa qeyd edib ki, 5 ildə bir dəfə telefon yeniləyir. Hətta son telefonunun funksiyalarının zəiflədiyindən qarşı tərəfin səsini eşitmədiyini də deyd edib.

“Məcbur qalıb qışqıra-qışqıra danışırdım. Heç bir məhrəmim, gizlim qalmamışdı.

Odur ki, satıcı dostlarım alıramsa, ən yaxşını almağı tövsiyə etdilər. Ayın 30-u doğum günümdür. Özümə hədiyyə etdim”.

“Səsimin gözəl olduğunu çox adam deyirdi, amma bu günədək əsasən hamamda oxumuşam. Yeni layihədə mahnı oxuyandan sonra sinql çıxarmaq qərarına gəlmişəm. Amma iddialı deyiləm”, - deyə aktrisa bildirib.

Ötən günlərdə sosial hesabındakı paylaşımında “Min dəfə hə” başlığını yazması da pərəstişkarlarını evlilik təklifi aldığını düşünməyə vadar etmişdi. Aktrisa bu paylaşımın ailə qurmaqla deyil, 23 iyun seçkiləri ilə əlaqəli olduğunu vurğulayıb.

“Evlilik müqəddəsdir. Təbii ki, ailə qurmaq istəyərəm. Sevdiyim insanla həyatımı birləşdirib, dünyaya 7 övlad gətirmək arzusundayam”.

Leyla

.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm