Magazin2
Ancelina Coli məşhur biznesmenə ərə gedir
Dünya şöhrətli aktrisa Ancelina Coli ilə Bred Pit rəsmi olaraq boşanma prosesində olmasına baxmayaraq, hər ikisi öz həyatını yaşamağa davam edir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Ancelina Colinin britaniyalı gizli sevgilisi ilə evlənməyə hazırlaşdığı iddia edilir. “In Touch и Celebrity Insider” informasiya agentliyinin yaydığı məlumata görə, Ancelina Coli boşanma prosesini tezləşdirmək üçün əlindən gələni edir, çünki yeni sevgilisi ilə nikah bağlamağa tələsir.
Xarici KİV-in məlumatlarına görə, aktrisa və iş adamı övladlığa uşaq götürəcək. Mənbələrin məlumatına görə, aktrisa daha bir uşaq övladlığa götürmək istəyib, ancaq Bred Pitt həmişə buna qarşı çıxıb. Onların münasibətlərinin korlanmasının əsas səbəblərindən biri də məhz bu olub. Yeni sevgilisi isə aktrisanın bu arzusunu dəstəkləyir.
Məlum olub ki, Ancelina Coli ilə sevgilisi münasibətlərini hər kəsdən gizli saxlayır, odur ki, heç vaxt ictimai yerlərdən görüşmürlər. Ancelina Bredlə rəsmi şəkildə boşandıqdan sonra yeni münasibətlərini ictimailəşdirmək istəyir.
Qeyd edək ki, 2016-cı ildə ayrılmağa qərar verən ulduz cütlüyün bioloji övladları Şaylo, Viviyen və Noks, övladlıqları Zahara, Paks Ten və Maddoks hələlik analarının himayəsində yaşayır. Lakin onun keçmiş əri ortaq bir qərara gəlməkdə israr edir.
Aytən
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan şok xəbərdarlıq +
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"