Cennifer Lopes Antalyada TUFAN QOPARDI - VİDEO
Bizi izləyin

Magazin2

Cennifer Lopes Antalyada TUFAN QOPARDI - VİDEO

Latın pop musiqisinin divası 7 il fasilədən sonra yenidən Antalyada konsert verib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu yaxınlarda 50 illik yubileyini qeyd edən dünya ulduzu Antalya səhnəsində fırtına qoparıb. Möhtəşəm gecədə siyasət, idman, biznes və incəsənət dünyasının tanınmış nümayəndələri iştirak edib.

Uzun müddət sonra yenidən Türkiyəyə gəldiyi üçün xoşbəxt olduğunu söyləyən Cennifer Lopes “Ölkəniz üçün çox darıxmışdım” deyə qeyd edib. 2 saatlıq konserti 2500 nəfər izləyib. Müğənninin qızı Emmi Antoni ilə oxuduğu duet isə gurultulu alqışlarla qarşılanıb.

Konserti izləməyə gələnlər arasında Erkan Kolçak Köstendil və xanımı Cansu Tosun, Enis Arıkan, Aslı Kızmaz, Meryem Uzerli, Anıl və Pelin Akil cütlüyü, “Antalya Spor”un bütün heyəti, həmçinin “Real Madrid”in keçmiş futbolçusu Klarens Zidorf da olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm