Kökəldiyi üçün tənqid olunan aktrisaya tanınmışlardan DƏSTƏK - - FOTO
Bizi izləyin

Magazin2

Kökəldiyi üçün tənqid olunan aktrisaya tanınmışlardan DƏSTƏK - - FOTO

Doğumdan sonra kökələn türk aktrisası Fahriye Evcen sosial şəbəkələrdə ciddi tənqid olunur. Tanınmış aktrisaya Türkiyənin məşhur insanlarından dəstək mesajları gəlir.

Həyat yoldaşı Burak Özçivitlə hava limanında görüntülənən aktrisaya Kanal D ekranlarında yayınlanan Müge ve Gülşənlə 2. Sayfa aparıcıları #fahriyeçokgüzelsin həştəqi başladıb.

Bundan sonra bir çox gözəl mesaj alan Fahriyeyə tanınmış isimlərdən də dəstək gecikməyib.

Aktrisa Vildan Atasever Evcenin fotosunu "Sən hər halinlə gözəlsən. Hər şeydən önəmlisi Karan bəbəyin biricik anasısan" şərhiylə yayınladı.

İki uşaq anası Gül Gölge Saygı ise "Bir qadına, hələ-hələ doğum kiloları verdmədi deyə demədiyini buraxmayanlara inana bilmirəm. Mən də ən az 1,5 il doğum kilolarımla gəzdim, heç çəkinmədim. İndi 18 ay süd vermiş olmanın hüzurunu yaşayıram. İnsanları ittiham etmək haqqına sahib olmağınız çox acı", deyə qeyd edib.

Yaxınlarda ana olan Bengü ise "Mən də doğdum, uşaq əmizdirirəm. Əllərim, ayaqlarım, üzüm şişdir. Sağlıqlı qidalanıram. Əsla, artıq çəkini dərd etmədən, bizim üçün sağlam olan və süd çoxaldan nə varsa yeyirəm. Yetər ki, südüm bol olsun, övladım sağlam olsun. Gözüm başqa şey görmür. Fahriyenin də gözlərindən xoşbəxtlik yağır. Pırıl-pırıl baxır gözləri. Dünyanın ən böyük eşqini yaşarkən artıq çəkilərini dərt etdiyini sanmıram. Hər halinlə çox gözəlsən, Fahriye. Övladın və ərinlə daim sağlam və xoşbəxt ol" şərhini yazıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm