Cennifer Lopez elə rəqs etdi ki... – VİDEO
Bizi izləyin

Magazin2

Cennifer Lopez elə rəqs etdi ki... – VİDEO

Pop-diva Cennifer Lopez bu dəfə dirək rəqsi ilə gündəm yaradıb.

Publika.az xəbər verir ki, müğənni çəkildiyi “The Hustlers at Scores” filmi üçün dirək rəqsini öyrənib. Günlərdir ki, məşq edən sənətçi nəhayət ki, məqsədinə çatıb. O, bunun üçün xüsusi müəllimlər tutub.

Ceylo çətinliklə öyrəndiyi rəqs barədə təəssüratlarını sosial şəbəkədə paylaşıb.

O, bildirib ki, həyat rahatlıq zonasının qurtaracağında başlayır: "Bu, şübhəsiz ki, nə vaxtsa öyrəndiyim fiziki məşqlərdən ən çətini idi. Ancaq bunu etməyə dəyərdi”.

Striptiz klubunun həyatından bəhs edən ekran işi tezliklə kinoteatrlarda nümayiş olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm