Məşhur modelin təyyarədə çəkdirdiyi foto insanları ayağa qaldırdı - FOTOLAR
Bizi izləyin

Magazin2

Məşhur modelin təyyarədə çəkdirdiyi foto insanları ayağa qaldırdı - FOTOLAR

25 yaşlı kanadalı model Vinni Harlov təyyarədə çəkdirdiyi fotosunu paylaşınca izləyicilərinin sərt reraksiyalarının hədəfinə tuş gəlib.

Publika.az xəbər verir ki, Milan Moda Həftəsindən qayıdan model təyyarənin biznes klass sinifinə bilet tapa bilmədiyi üçün ekonom sinifində getmək məcburiyyətinə qalıb.

Təyyarədə yatarkən ayaqlarını digər skamyaya qoyub və bu formada foto çəkdirib. Üzərinə isə “ekonom klassda uçmaq çox çətindir” sözlərini yazıb.

Harlovin ekonom sinifindən şikayə etməsini sadə insanlar sərt reaksiya ilə qarşılayıb. İzləyiciləri ona “insanlar hər gün bu formada səyahət edir, sən də lap şişirdin”, “aman, səni zavallı şey, yanındakı skamyanın da biletini almısan ki, sadə insanlar sənin yanında əyləşməsin” “həyatda tək dərdin bumu?” sözlərini yazıb.

25 yaşlıi model “Daily Mail”də xəbərinə görüncə halından şikayət etmədiyini, çox yoğun olduğunu və biznes klassda uçmağın avantaj olmadığını deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm