SON DƏQİQƏ: məşhur Xalq artisti vəfat etdi - FOTO
Bizi izləyin

Magazin2

SON DƏQİQƏ: məşhur Xalq artisti vəfat etdi - FOTO

Bu gün səhər saatlarında Lenkom Teatrının direktoru, görkəmli rus rejissoru və SSRİ xalq artisti Mark Zaxarov vəfat edib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə teatrın direktoru Mark Varşevar məlumat verib. O bildirib ki, dəfn və vida mərasiminin təfərrüatları daha sonra məlum olacaq.

Mark Zaxarov 46 il Lenkom Teatrına rəhbərlik edib. Ən məşhur əsərlərindən biri “Yunona və Avos” rok operasıdır. Zaxarov həm də rejissor kimi tanınır - “Toy”, “Fiqaronun toyu”, “Albalı bağı” kimi teatr tamaşalarının və “12 stul”, “Həmin Münhauzen”, “Sevginin formulu”, “Sviftin tikdiyi ev” və s. bu kimi filmlərin müəllifidir. Onun bir çox ekran əsərləri rus kinosunun qızıl fondunda saxlanılır.

Qeyd edək ki, rejissorun 85 yaşı var idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm