• USD 1,7000 0,00% EUR 1,9860 -0,61%
    • GBP 2,1961 -0,65% RUB 0,0216 +0,46%

Cem Yılmazın konsertinə bilet alanlara BƏD XƏBƏR

  • Magazin2
  • 11 Oktyabr 2019 14:49
  • 1 059 Baxış
Cem Yılmazın konsertinə bilet alanlara BƏD XƏBƏR

Türkiyəli aktyor, komediya ustası Cem Yılmazın Bakı konsertinin bilet qiymətləri açıqlanıb.

Publika.az xəbər verir ki, “iTicket”də satılan 50-700 AZN aralığında satılan biletlərin qiymətləri varlıların ciblərini, kasıbların isə dodağını uçuqladıb.

Maraq üçün kiçik bir araşdırma etdik və məşhur komediya ustasını İstanbulda izləməklə Bakıda izləməyin nə qədər büdcə tələb etdiyini araşdırdıq.

Belə ki, İstanbula gediş-dönüş biletini “Buta Airways” ilə 156,89 manata alırsınız. Bu rəqəm həftəiçi 138 manat 21 qəpiyə qədər düşür. Türkiyənin məşhur “Biletix” onlayn bilet satışı saytı Cem Yılmazın İstanbuldakı səhnəsinin ən bahalı qiymətini 297 TL kimi göstərir ki, bu da manatla 86,36 azn edir. Yəni siz, 243 manat 25 qəpik ilə İstanbulun ən lüks səhnələrindən birində, ən yaxşı yerdə əyləşərək Cem Yılmaza gözünüzdən yaş gələnə qədər gülə bilərsiniz. Əgər Bakıda Cem Yılmaza gülmək üçün 700 AZN büdcə ayıra bilmisinizsə, İstanbula getmişkən qalan pula özünüzə xeyli yeni əşyalar da ala, sevdiyiniz komandanın matçına gedə və ya doyunca gəzib əylənə bilərsiniz.

Cem Yılmaz konsertlərinin birində belə bir hekayə danışır: "Bir gün atam dedi ki, özümü yuxuda görmüşəm. Sənin yerinə səhnəyə çıxırdım. Soruşdum ki, nə etdin səhnədə? Deyir "heç soruşma, heç bir şey də edə bilmirəm həyəcandan. Uçaraq səhnədən uzaqlaşıram". Dedim, daha nə edəcəksən? Təsəvvür et, aylar əvvəl bilet alıb tamaşaya gedəcəksən. Hər kəs yığışıb. "Gəldinizmi? Gəldik. Hadi bakalım. Prrr" Belə bir şey ola bilərmi?"

Cem Yılmaza burdan bir şad xəbərim, bilet alanlara isə bəd xəbərim var: Cem bəy, özünüz uça bilməsəniz də, Bakı sizin biletləri çoxdaan Ağrı dağının zirvəsinə uçurub.

Əziz Cem Yılmaz konsertinə bilet alanlar, siz isə görmədiniz getdi......

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR