Keçmiş ərindən pul istəyən Şeyma: “Əlbəttə ki, Acun ödəyəcək”
Bizi izləyin

Magazin2

Keçmiş ərindən pul istəyən Şeyma: “Əlbəttə ki, Acun ödəyəcək”

Xəbər verdiyimiz kimi, Şeyma Subaşının Acun Ilıcalıya yazdığı “Acun, salam. Nə vaxt görüşə bilərik? Tarixlər barədə danışmalıyıq. Mayami hoteli və pulla bağlı başqa bir şey danışacam” mesajı aparıcının qonaq olduğu verilişdə ekranda göstərilib. Yazdığı mesajda onun Acundan pul tələb etməsi sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, Şeyma bu barədə yutub kanalında yayımlanan videoda geniş açıqlama verib:

“Sonunda ölüm yoxdur, nə edə bilərik. Onsuz da absurd mesaj yazmamışdım ki. Acunla davam edən dialoqumuz var və onunla hər şeyi danışa bilirik. Maddi, mənəvi, Melisa və mənimlə bağlı. Nyu-Yorka, oranda Mayamiyə getməyə hazırlaşıram. Mayamiyə getdiyim zaman Melisanın tətili olacaq, o da yanıma gələcək. Acun da Melisanı alıb Dominikə aparacaq, oradan da Mayamiyə göndərəcək. Mayamidə artıq hoteldə qalıram, təbii ki, xərcləri Acun ödəyəcək. Onun razılığını almışdım, sadəcə tarixləri danışmalı idik.

Kafeyə gəldikdə, ortaqlı işlədirik. Mənimlə bağlı bir dənə də olsa, yaxşı rəy yoxdur. Şeyma bərabərdir, pul və aliment. Acunla bir saata yaxın danışdıq. Problemləri keçmiş həyat yoldaşımla sivil qaydada danışıb həll edirəm. Siz isə istədiyinizi yaza bilərsiniz, canınız sağ olsun”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm