Magazin2
Nazirdən Azərbaycanda böyük həyəcanla izlənən serialla bağlı SƏRT XƏBƏRDARLIQ - FOTO
“Lənət bir serial var “Çukur” adlı. Onun qədər ola bilmiriksə, yazıqlar olsun”.
Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin Daxili işlər naziri Süleyman Soylu səsləndirib.
Son zamanların fenomen seriallarına çevrilən və reytinq rekordları qıran, Azərbaycanda da maraqla izlənən “Çukur” və “Adana Sıfır Bir” haqqında danışan nazir bildirib ki, bu tip seriallar uşaqlara pis örnəkdir: “Hər qurumun görəcəyi tədbirlər, atması vacib olan addımlar var. Lənət bir serial var “Çukur” adlı. Onun qədər ola bilmiriksə, yazıqlar olsun. Bir də “Adana Sıfır Bir” var. İkisinin də təsir dairəsi qədər effekt yarada bilmiriksə, yandıq.
Bu iki serial uşaqlarımızı zəhərləyir. İnsanları öz mədəniyyətlərindən uzaqlaşdırır. Mən də heyrətlə baxıram ki, universitet müəllimləri nə işə yarayır? Bu işlə bağlı mədəniyyət xadimləri nə edir? Xüsusilə, bu seriallarla bağlı ortaya nə qoyurlar? Biz uşaqlara başqa nüansları aşılamalıyıq. Bu tip seriallara təəssüf ki, baxırlar. Uşaqlarımızı və gənclərimizi xeyirə, doğru işlərə yönəltməliyik”.
Zümrüd
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi