Ebru Gündeşin gizli saxladığı bacısı ilə oxşarlığı diqqət çəkdi - FOTO
Bizi izləyin

Magazin2

Ebru Gündeşin gizli saxladığı bacısı ilə oxşarlığı diqqət çəkdi - FOTO

Müğənni Ebru Gündeşin haqqında danışmadığı bacısı Aslıhan Gündeşin fotoları üzə çıxıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aslıhan Gündeş müğənninin atasının ikinci nikahından olan qızıdır. O, bacısına bənzərliyi ilə diqqət çəkib.

Məlum olub ki, Ebru uzun illərdir atası Remzi Gündeş və bacısı ilə görüşmür. Buna səbəb isə atasının onu və anasını uşaq ikən ataraq başqa qadınla evlənməsi olub.

Remzi Gündeşin içki aludəçisi olduğu iddia olunur. Bacısı Ebru Gündeşlə bir neçə dəfə görüşməyə çalışsa da, o, cəhdləri israrla rədd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm