Ancelina Coli çılpaq şəkildə ELƏ POZA VERDİ Kİ... - FOTO
Bizi izləyin

Magazin2

Ancelina Coli çılpaq şəkildə ELƏ POZA VERDİ Kİ... - FOTO

44 yaşlı Ancelina Coli Amerikanın “Harper's Bazar” jurnalı üçün çılpaq poza verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa jurnalın dekabr buraxılışı üçün kamera qarşısına keçərək müxtəlif obrazlarda çəkilib. Kino ulduzunun tüllə çılpaq fotosu xüsusi diqqət çəkib.

Jurnala müsahibə verən Ancelina 6 uşağı sayəsində daxili güc qazanması və özünü kəşf etməsi barədə danışıb:

“Müstəqil, vəhşi, sərt və maraqlı olan hissəmizi həyatın özü və ya ağrı öldürə bilər. Uşaqlarım mənim əsl mahiyyətimi bilirlər, həqiqi mənimi tapmaqda və onu qəbul etməkdə kömək etdilər. Uşaqlarım çox şey yaşayıb. Onlardan güclü olmağı öyrənirəm. Adətən valideynlər övladlarını onları olduqları kimi qəbul etməyə çağırır. Amma onlar da bizə baxıb istəyir ki, bizdə də elə olaq.

Əsl mənini kəşf etmək hamı üçün vacib məsələdir. Xüsusilə körpə üçün. Düşünürəm ki, uşaqlar bunlara cavab tapmağı bacarmalıdırlar: "Mən kiməm və nəyə inanıram". Biz onların istər fiziki, istərsə də mənəvi ağrı çəkməsinin qarşısını ala bilmərik. Ancaq onlara bu anı yaşamaqla daha yaxşı olmağı öyrədə bilərik”.

Aktrisa daha sonra keçmiş əri Bred Pitt ilə əlaqəli mövzuya toxunub:

“Xaricdə yaşamaq istərdim, övladlarımın 18 yaşı tamam olandan sonra bunu edəcəyəm. Amma hələlik atalarının yaşamaq istədiyi yerlərdə yaşamalıyam.

Bədənim son 10, xüsusən də 4 ildə çox şey yaşadı. Həm görünən, həm də görünməyən yaralarım var. Görünməyən tərəflərlə mübarizə aparmaq daha çətindir. Həyatımda bir çox gözlənilməz dönüşlər oldu. Bəzən incidir, sevdiyin insanlara ağrıyla baxırsan... Sən dünyaya o qədər azad və açıq ola bilməzsən.

Həyatınızı tam şəkildə yaşamadığınızı hiss edərsinizsə, dərindən nəfəs almağa nə və ya kimin mane olduğunu müəyyənləşdirməyə çalışın. Problemi müəyyənləşdirin və əziyyət çəkənlərlə mübarizə aparın. Bir çox qadın azadlığı seçə bilmir. Dəyər sistemi, cəmiyyət, ailə, hökumət onlara qarşı çıxır və azadlıqlarını məhdudlaşdırır”.

Ulduz dünyadakı qaçqınların acınacaqlı durumundan narahat olduğunu da vurğulayıb:

“Öz arvadına və ya digər ailə üzvünə qarşı zorakılığın qanuni olduğu daha çox ölkələr hələ də mövcuddur. 10-dan çox ölkədə təcavüzkarlar qurbanla evlənəcəyi təqdirdə cəzadan qaça bilmək hüququna malikdir. Dünyada təxminən 26 milyon qaçqın da daxil olmaqla 70 milyondan çox məcburi köçkün var. Bu, dəhşətli ədalətsizlikdir. Biz çiyinlərimizi bükə və ya yalnız yaşadığımız ölkələr haqqında düşünə bilmərik, çünki hamımız bir-birimizə bağlıyıq. Mübarizə zamanıdır”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm