Azərbaycanlı sədr "Polad Ələmdar"la görüşdü (FOTO)
Bizi izləyin

Magazin2

Azərbaycanlı sədr "Polad Ələmdar"la görüşdü (FOTO)

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Türkiyədə tanınmış aktyor, "Polad Ələmdar" obrazının ifaçısı Necati Şaşmazla görüşüb.

Publika.az xəbər verir ki, bu barədə "Lent.az"a açıqlama verən E.Həsənli bildirib ki, Türkiyə Milliyyətçi Həkimlər Dərnəyinin 8-ci qurultayına dəvəti səbəbindən hazırda Türkiyədədir:

"Mənə dedilər ki, Necati Şaşmazın Azərbaycana böyük sevgisi var və təklif etdilər ki, onların ofisinə gedək. Mən də məmnuniyyətlə təklifi qəbul edərək onunla görüşdüm.

Necati Şaşmaz söhbətimiz zamanı Azərbaycanın tarixi ilə maraqlandığını, Heydər Əliyevin "bir millət, iki dövlət” ideyasını dəstəklədiyini və cənab İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) 2009-cu ildə təsis etməsini, 2019-cu ildə isə Türk Şurasının 10 illiyi ilə bağlı Bakıda keçirilən tədbirləri yüksək qiymətləndirdiyini bildirdi”.

E.Həsənli qeyd edib ki, Necati Şaşmaz hər zaman Azərbaycanı dəstəklədiyini və dəstəkləyəcəyini vurğulayıb:

"O bildirdi ki, iki dövlətin ortaq dəyərləri hədsiz çoxdur və gələcəkdə filmlərdə Azərbaycan-Türkiyə qardaşlığını, Qarabağ faciəsini dünyaya çatdırmağa hazırdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm