Tualet növbəsində tanış olan məşhur cütlük 16 illiyini qeyd etdi
Bizi izləyin

Magazin2

Tualet növbəsində tanış olan məşhur cütlük 16 illiyini qeyd etdi

35 yaşlı Mark Zukerberq və 34 yaşlı Prisila Çan tanışlıqlarının 16-cı ilini qeyd edib.

Publika.az xəbər verir ki, Mark sosial şəbəkədə əlində şampan qədəhi ilə şəklini paylaşaraq xanımına olan məhəbbətini ifadə edib:

"16 il əvvəl bu gün həyatımda ən vacib hadisələrdən biri baş verdi. Yubileyimiz mübarək!"

Qeyd edək ki, Zukerberq və Çan 2003-cü ildə Harvard Universitetində oxuyarkən tanış olub. Onların tanışlığı tələbə təşkilatının məclisində - tualet növbəsində baş verib.

"O, daim özünəqapalı darıxdırıcı oğlan idi", - deyə milyarderin xanımı bir müsahibəsində etiraf edib.

İkinci kursda oxuyarkən Mark tələbələrin diqqətini cəlb edən "Facemash" layihəsi hazırlayır. Bu layihə onların yaxınlaşması üçün ikinci fürsət yaradır:

""Facemash" olmasaydı, Prisila ilə görüşməzdim. O, mənim həyatımdakı ən vacib insandır", - deyə Zukerberq xanımı haqqında danışarkən deyib.

Mark və Prisila 19 may 2012-ci ildə ailə qurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm