• USD 1,7000 0,00% EUR 1,8796 -0,46%
    • GBP 2,2347 -0,08% RUB 0,0267 0,00%

Bu film Bakıda rekord qırdı - FOTO/VİDEO

  • Magazin2
  • 22 Noyabr 2019 19:13
  • 721 Baxış
Bu film Bakıda rekord qırdı - FOTO/VİDEO

"Çukur" serialının baş qəhrəmanı Aras Bulut İynemlinin sonuncu çəkildiyi "7. koğuştaki mucize" filmi Bakıda izlənmə rekordu qırıb.

Publika.az xəbər verir ki, oktyabrın əvvəlindən etibarən böyük ekranlara çıxan film, Türkiyədə 4 milyon baxış toplayıb. Məlum olub ki, sözügedən layihə Azərbaycanda da uğur qazanıb. Nizami Kino Mərkəzi sosial şəbəkədə məlumat yayıb ki, dram filmini bu günə qədər Bakıda 101 min 500 nəfər izləyib.

Layihənin yaradıcı heyəti Azərbaycan xalqına minnətdarlıqlarını bildiriblər.

Mehmet Ada Öztekinin rejissorluğu ilə lentə alınan ekran işində Aras Bulut İynemli əqli geriliyi olan təsirli rolu canlandırıb. Aktyor obrazın onda güclü təəssürat oyatdığını bildirib:

""Çukur"dan sonra dincəlməyi planlaşdırmışdım. Ancaq filmin ssenarisi məni çox təsirləndirdi və "bu hekayədə olmalıyam" dedim. Bunun üçün psixoloqlardan seans aldım, 7-8 kiloqram arıqladım".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR