Cem Yılmaz uşaqlara kitab oxudu - FOTO
Bizi izləyin

Magazin2

Cem Yılmaz uşaqlara kitab oxudu - FOTO

Türkiyənin tanınmış komediya ustası Cem Yılmaz uşaqlara kitab oxuyub.

Publika.az xəbər verir ki, Yılmaz Dr. Selçuk Şirin tərəfindən həyata keçirilən "1 milyon kitab" layihəsinə dəstək göstərib.

O, 0- 36 ay arası uşaqlara kitab oxuyub.

Komediya ustası, verdiyi açıqlamada bildirib ki, ilk 3 ay uşaqların inkişafı üçün çox vacibdir: "Türkiyədə hər il 1 milyon 300 minədək uşaq dünyaya gəlir və onların yalnız 300 mini ilk 3 yaşında kitabla əlaqə qurur. Kitabla münasibət qura bilməyən 1 milyon qardaşımız üçün nəsə etmək gözəl olmazmı? Layihənin internet ünvanından sifariş verərək kitabla tanış olmasına vəsilə ola biləcəyimiz çox sayda qardaşımız var. Onların həyatlarına birlikdə daxil olaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm