Acunun keçmiş həyat yoldaşı yeni sevgilisindən danışdı: “Bütün xərclərimi...”
Bizi izləyin

Magazin2

Acunun keçmiş həyat yoldaşı yeni sevgilisindən danışdı: “Bütün xərclərimi...”

Tanınmış türkiyəli model, məşhur teleaparıcı və prodüsser Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşı tez-tez müxtəlif ölkələrdə istirahətə getməsi ilə gündəmə gəlir.

Publika.az xəbər verir ki, Şeyma Subaşı jurnalistlərə açıqlamasında xarici səfərlərə görə pul xərcləmədiyini deyib. O, xərclərinin böyük hissəsinin yeni sevgilisi dj Quido Seyna tərəfindən qarşılandığını bildirib:

“Quido mənim bir qəpik də xərcləməyimə imkan vermir. Acuna gəlincə, onunla müqaviləmiz var. O, yalnız qızımız Melissa ilə bağlı 3 səfərimin xərclərini ödəyir. Digər səfərlərimdə isə təşkilatçılar xərcləri öz üzərinə götürür”.

Qeyd edək ki, Şeyma Subaşı ilin böyük hissəsini xarici ölkələrdə istirahətə keçirir. O, səfərlərindən paylaşdığı fotolarla tez-tez gündəmə gəlir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm