Məşhur aktrisa Ajda Pekkanın 56 illik sirrini açdı: "Atam dedi ki, niyə bikinini..." - FOTO
Bizi izləyin

Magazin2

Məşhur aktrisa Ajda Pekkanın 56 illik sirrini açdı: "Atam dedi ki, niyə bikinini..." - FOTO

Türkiyəli sənətçi Ajda Pekkan "TRT 2"də yayımlanan Hülya Koçyiğitin “Film Gibi Hayatlar” layihəsinin qonağı olub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 73 yaşlı müğənni ilə 72 yaşlı aktrisa verilişdə 56 il əvvəl baş verən tanışlıq hekayəsini danışıb.

“1963-cü ildə jurnalın yarışmasına qatılmışdıq. Bu yarışmada Ajdanın gözəl ürəyini tanıdım. Bizi sınaq çəkilişləri üçün çimərliyə dəvət etmişdilər. Düşündük ki, qabiliyyət imtahanı olacaq, amma “Qızlar xahiş edirəm çimərlik paltarını geyinin, biz də şəkillərinizi çəkəcəyik” dedilər. Soyunma otağına getdik, amma çimərlik geyimim yox idi! Sonra yumşaq səsli bir qız “Bikini geyəcəm, kupalnikimi sən geyinə bilərsən” dedi. O gündən başlayan dostluq hələ də davam edir”,- Hülya Koçiğit qeyd edib.

Ajda Pekkan isə verilişdə bunları deyib: “Atam məndən niyə bikini geyindiyimi soruşmuşdu. Mən də dedim ki, rəfiqəm Hülyaya vermişdim”.

Xatırladaq ki, sözügedən müsabiqədə Ajda birinci, Hülya Koçyiğit isə ikinci olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm