Məşhur aktrisa yaşadığı dəhşətli günlər haqqında: “Ətimdən ət qopmuş kimi acı çəkdiyim...”
Bizi izləyin

Magazin2

Məşhur aktrisa yaşadığı dəhşətli günlər haqqında: “Ətimdən ət qopmuş kimi acı çəkdiyim...”

Türkiyəli aktrisa Bergüzar Korel 2019-cu ildəki çətin günləri və riskli hamiləliyi barədə danışıb.

Publika.az xəbər verir ki, ulduz bu barədə instaqtaqramda məlumat verib.

Halit Ergençlə evli olan 37 yaşlı məşhur aktrisa 2019-cu ili bu sözlərlə ifadə edib:

“Əziz 2019, sənə bir neçə sözüm var. Haqqını yeyə bilmərəm, mənimlə xeyirxah davrandın. İllərdir yenidən arzusunu qurduğum teatr və səhnəmə qovuşdurdun məni. Yeni il biləsən ki, indi həsrətlə oyunuma qovuşacağım günü gözləyirəm. Yenə səhnədə mahnılar oxudum, mənim üçün unudulmaz anlar idi. Aydınlandım, özümə və həyatıma şükür etməyi öyrətdin... Qarşıma həmişə məni sevən, qoruyan, dəstək olan, sevincimə və uğuruma sevinən yaxşı insanlar çıxardın. Ən önəmlisi, ilin son gecəsində bir dilək diləmişdim. Diləyimi gerçəkləşdirdim, möcüzəmə qovuşmağıma vasitəçi olduğun üçün sənə təşəkkür edirəm. Lakin bu il verdiklərin qədər aldıqların, itirdiklərim də oldu. Ətimdən ət qopmuş kimi acı çəkdiyim günlərim, hətta aylarım oldu, yaraları hələ də qanayan... Özümdən və həyatımdan çox hesabat soruşdum, heç üsyan etmədim... Etməyəcəm, çox şey öyrəndim - səbri, sükunəti, qəbul etməyi, gözləməyi və sevgi ilə yaxşılığa inanmağı.

Kiçik möcüzəm səni çox istədim, çox dua etdim. Qarnıma düşdüyün ilk gündən bəri asan bir yol olmadı... Əlimdən gəldiyi qədər qorudum səni, amma getməyindən çox qorxdum. Çox qorxduq, hamımız, ən çox da qardaşın. İndi qarnımda dayanmadığın, təpiklədiyin hər an varlığına minnət duyuram, canım oğlum. Ən qaranlıq gecələrimə işıq oldun. Bütün ailəmiz və dostlarımız səni ümidlə, maraqla və nəşə ilə gözləyir. Qardaşın, atan kimi yaxşı ürəkli, şən, müdrik bir ruh olduğunu dərindən hiss edirəm, övladım. 2020-ci ildən tək gözlədiyim möcüzəmi sağ-salamat qucağıma alacağım sağlıq və huzur dolu bir ildir”.

Məlumat üçün bildirək ki, Bergüzar Korelin Amerikada xadiməlik edən bacısı Zeynəb Korel Türkiyə mətbuatına verdiyi müsahibəsində ailəsi haqqında kəskin etiraflar etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm