Prezidentdən birinci xanıma SƏMİMİ SÖZLƏR
Bizi izləyin

Magazin2

Prezidentdən birinci xanıma SƏMİMİ SÖZLƏR

Ukrayna Prezidenti Vladimir Zelenski xanımı Yelena Zelenskayanı doğum günü münasibətilə təbrik edib.

Publika.az xəbər verir ki, Prezident instaqramda romantik foto paylaşaraq həyat yoldaşını sevdiyini səmimi sözlərlə ifadə edib:

“Sevmək, heyran olmaq, fəxr etmək, uşaqların gözündə öz əksini görmək, qayğı və dəstəyinizi hiss etmək. Həmişə ətrafınızda olduğunu bilərək sakit və inamlı olmaq. Xəbərlərə necə reaksiya verəcəyinizi təxmin etmək - xoş və ya xoşagəlməz. İlk görüş kimi evdə görüşməyi gözləmək. Hansı sözlərin artıq olduğunu bir baxışdan anlamaq. Birlikdə gülüb-kədərlənmək... Bax budur insanın xoşbəxtliyi. Ən azından mənim üçün. Çünki xoşbəxtliyim sənsən. Doğum günün mübarək, sevgilim!

Hər sözə və baxışa görə təşəkkür edirəm. Birlikdə atdığımız hər addım üçün. Qarşıda gözlənilməz dönüşlər və unudulmaz təəssüratlarla uzun bir yol var. Mən bundan məmnunam. Çünki səninlə hər şeyi edə bilərəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm