Məşhur aparıcının intihar səbəbi BƏLLİ OLDU - (YENİLƏNDİ)
Bizi izləyin

Magazin2

Məşhur aparıcının intihar səbəbi BƏLLİ OLDU - (YENİLƏNDİ)

Ötən gün evində ölü halda tapılan Böyük Britaniyada reytinq rekordları qıran “Love Island” (Eşq adası) proqramının aparıcısı Kerolayn Flek haqqında bəzi həqiqətlər ortaya çıxıb.

Publika.az xəbər verir ki, 40 yaşlı aparıcının depressiya səbəbindən intihar etdiyi ailə vəkili tərəfindən irəli sürülüb.

Belə ki, iki ay əvvəl 27 yaşlı sevgilisi Luiz Burton ilə dalaşan Kerolayn gecə lampasını onun başında sındırıb. Bundan sonra haqqında məhkəmə işi açılıb. Sevgilisi şikayətini geri götürsə də, istintaq prosesi başa çatmadan cütlüyün görüşməsinə qadağa qoyulub. Bundan sonra verilişdən qovulan aparıcı dərin depressiyaya girib və nəticədə özünə qəsd edib.

İctimaiyyət isə prokurorluğu Kerolaynın məşhurluğundan istifadə edərək hadisəni şouya çevirməkdə ittiham edir.

Qeyd edək ki, aparıcı tvitterində son olaraq “əgər depressiya ilə mübarizə aparırsınızsa, mütləq dərdinizi kiminləsə bölüşün” sözlərini yazıb.

Xatırladaq ki, daha əvvəl “Eşq adası”nda iştirak edən yarışmaçılar Sofi Qredon və Mayk Takasitis də qazandıqları şöhrətə dözə bilməyərək intihar etmişdi.

Zümrüd

***

09:30, 16 fevral

Böyük Britaniyanın məşhur aparıcısı Kerolayn Flek həyatını itirib.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, onun cəsədi Londondakı evində tapılıb. Polisin ilkin araşdırmasına görə, aparıcı intihar edib.

Qeyd edək ki, Kerolayn Flek 2015-ci ildən tanınmağa başlayıb. O, “Love Island” (Sevgi adası) proqramının aparıcısı kimi nüfuz qazanıb.

Ardınca isə britaniyalı bir neçə layihədə yer alıb.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm