“Altın Kelebek” mükafatlandırma mərasimində ikinci BÖHRAN
Bizi izləyin

Magazin2

“Altın Kelebek” mükafatlandırma mərasimində ikinci BÖHRAN

Bu gün 46-cı dəfə keçirilməsi nəzərdə tutulan Türkiyənin məşhur “Altın Kelebek” mükafatlandırma mərasimi ikinci dəfə təxirə salınıb.

Publika.az xəbər verir ki, bu barədə tədbirin təşkilatçıları məlumat yayıb.

“Hürriyet” qəzetinin baş redaktoru Ahmet Hakan öz köşəsində bildirib ki, ötən gün Suriyanın İdlib ərazisinə hücum nəticəsində Türkiyənin 33 şəhidi olub, odur ki, tədbirin təxirə salınmasına qərar verilib.

Qeyd edək ki, Xalq artisti Röya Ayxan, Sevda Yahyayeva, Nura Suri, Gülay Zeynallı, Pərvin Abıyeva və Oksana Rəsulova İstanbulda “Zorlu Center”də keçirilməsi planlaşdırılan tədbirdə iştirak etmək üçün Türkiyəyə yola düşmüşdülər.

Məlumat üçün bildirək ki, mərasim əslində dekabr ayında baş tutmalı idi, müəyyən səbəblərdən dolayı fevral ayına keçirilmişdi. Tədbirin nə zaman reallaşacağı məlum deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm