Türkiyəli məşhurun SÖZLƏRİ hər kəsi DUYĞULANDIRDI: “Gəl də Azərbaycana qurban olma”
Bizi izləyin

Magazin2

Türkiyəli məşhurun SÖZLƏRİ hər kəsi DUYĞULANDIRDI: “Gəl də Azərbaycana qurban olma”

“Gəl də bu Azərbaycana qurban olma! Yaxşı ki, orada tanıdığım gözəl dostlarım var. Biz evdə yemək yeməyə utanırıq, amma öpüşüb videosunu instaqramda paylaşanlar var. Bugünki “konsertimizi ləğv etdik” yazamağa əlim gəlmir”.

Publika.az xəbər verir ki, bu sözləri türkiyəli müğənni Demet Akalın instaqram səhifəsində yazıb.

O, Azərbaycan səhifələrinin iki ölkənin qardaşlığını göstərən “Qardaş ölkə Azərbaycan xalqından duyğulandıran mesaj: kəfənimizi alıb gəlməyə hazırıq” başlıqlı fotonu paylaşaraq, Türkiyənin 33 şəhid verdiyi dövrdə Azərbaycanın həssas davrandığını qeyd edib.

Lakin əksər həmkarlarının bunu unutduğunu deyən ifaçı onlara irad bildirib: “Bunu böyük bir şey kimi təqdim etmək fikrim yoxdur. Dünya çox qəribədir. Bəzi insanların da qəlbi yoxdur. Onlar "Mehmetcik"in adını belə uşaq vaxtlarından eşitməyiblər. İnsanlara zorla vicdan taxa bilmirik, amma bir az hörmət etmək lazımdır. Sizin Paris səyahətləriniz, ya da sevgi həyatınız qarşıma çıxır. İnsaflı olun!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm