• USD 1,7000 0,00% EUR 2,0623 +0,30%
    • GBP 2,3263 +0,59% RUB 0,0232 +0,86%

Dostları Bred Pittin şəxsi həyatından danışdı - Qadınlarla görüşmür və...

  • Magazin2
  • 11 Mart 2020 18:50
  • 728 Baxış
Dostları Bred Pittin şəxsi həyatından danışdı - Qadınlarla görüşmür və...

56 yaşlı kino ulduzu Bred Pitt keçən həftəsonu Los-Ancelesdə musiqiçi “Thundercat”in konsertində aktrisa Aliya Şokatla birlikdə görüntülənib.

Publika.az-ın xarici mətbuata istinadla xəbərinə görə, bu, birinci dəfə deyil ki, onlar ictimaiyyətdə görünür. Amma hər dəfə yoldaşları onların sadəcə dost olduğunu bildirir. Aktyorun dostları bu dəfə də cütlüyün sevgili olması xəbərini təkzib edib. Üstəlik, Pittin ətrafındakı bir mənbənin sözlərinə görə, o, Ancelina Coli ilə ayrıldıqdan bəri heç kimlə görüşməyib. Onun həyatında qadınlara və romanlara yer yoxdur:

“Bred heç bir qadınla görüşməyə ehtiyac hiss etmir - tamamilə fərqli şeylərə yönəlib. Bred artıq içki içmir və sağlam həyat tərzi keçirir, odur ki, daha ziyafətlərə qoşulmur. Və bütün həftə sonlarını uşaqlara həsr edir. Pitt övladları ilə daha çox vaxt keçirsə də, hələ də Cənubi Koreyanın paytaxtı Seulda universitetdə oxuyan böyük oğlu 18 yaşlı Maddoks ilə ünsiyyət qurmur. Bred oğlu ilə münasibətləri bərpa etməyə cəhd edir, lakin oğlu atasının bütün səylərini rədd edir.

Son bir neçə ay xüsusilə Pitt və Coli üçün gərgin keçib, sənətçinin iki qızı Şaylo və Zahara ciddi əməliyyatlar keçirib. Odur ki, Bred keçən ay Londondakı BAFTA mükafatlandırma mərasimində iştirak etməmişdi. Bunun əvəzinə mükafatı filmdəki həmkarı Marqot Robi almışdı. Bred qızlarını xəstəxanada yalnız qoymağa razı olmamışdı”.

Ailə problemlərindən əlavə, Pitt özünü karyerasına həsr edib. O, nəinki özünü ulduz edib, eyni zamanda bir neçə film də çəkib. Onun rəhbərlik etdiyi “Plan B Entertainment” prodüserlik şirkətinin istehsalı ilə ərsəyə gələn “Sarışın” filmində əsas rolu Sana Ana de Armas canlandırır və Merlin Monroya həsr olunub.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR