Acundan Hadisəni utandıran sual - VİDEO
Bizi izləyin

Magazin2

Acundan Hadisəni utandıran sual - VİDEO

“Survivor 2020”-nin dünənki ziyafətində Acun Ilıcalının Hadisəyə verdiyi sual onu utandırıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparıcı müğənninin aktyor Kaan Yıldırımla sevgili olmasına işarə vurub. Acun Hadisənin “Adadan eşq qoxuları alıram” sözünə verdiyi “Sən Dominikandan qoxu alırsansa, mən də Türkiyədən bəzi qoxular alıram. Bu barədə nələr demək istəyirsən?” cavabı ilə hər kəsi qəhqəyə boğub.

Hadisə Acunun sualına “Eşq gözəl bir şeydir. Bunu çox yaxşı bilirsiniz” cavabını verib.

Məlum olub ki, müğənni karantin günlərini sevgilisi Kaan Yıldırımın evində keçirir. Ulduzu Acun Ilıcalı ilə söhbət edərkən arxasındakı divar ələ verib. Belə ki, Kaan Yıldırım də eyni divarın arxasında görüntülərini paylaşmışdı.

BİRLEŞME PARTİSİNDE...

AYNI EVDE KARANTİNAYA DEVAM

Oxumağa davam et
Reklam
Reklam

Gündəm