Meqan Markl kral ailəsi haqqında bütün həqiqətləri açacaq
Bizi izləyin

Magazin2

Meqan Markl kral ailəsi haqqında bütün həqiqətləri açacaq

Bu yaxınlarda Meqan Marklın şahzadə Harri ilə həyatlarından bəhs edən kitab işıq üzü görəcək.

Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Sasseks şahzadəsinə yaxın mənbələr jurnalistlərə bildirib ki, Meqan özü də kitabın nəşr olunmasını səbirsizliklə gözləyir. Bildirilib ki, kitabda kral ailəsində baş verən hadisələrə və onlara aktrisanın münasibəti təsvir edilib.

“Meqan ərinin kral imtiyazlarından imtina etməkdən başqa çarəsinin olmadığını izah etmək üçün bütün həqiqətləri açmaq istəyir” , - deyə qeyd olunub.

Jurnalistlər Omid Skobie və Karolin Durandın müəllifi olduğu “Azadlıq axtarışında: Harri, Meqan və Müasir Kral Ailəsinin yaradılması” adlı kitab avqustda çıxacaq. Meqan Marklın adını gizlətmək istəyən yaxın dostu qeyd edib ki, hər şey Meqandan asılı olsaydı, kitab 3 ay sonra deyil, sabah nəşr olunardı:

“Meqan istəyir ki, insanlar həyatının nağıl olmadığını başa düşsün. Hər kəsin həqiqi kimliyini anlatmaq istəyir və xidmətçilərə qarşı kobud davranan, güc və şöhrət arzusunda olan tələbkar taxt-tac simasını məhv etmək istəyir. Sasseks hersoginyası rəğbət və anlayış arzulayır”.

Xatırladaq ki, 1 apreldə şahzadə Harri və Meqan Markle İngiltərə kral ailəsinin üzvləri kimi fəaliyyətini dayandırdı. ABŞ-a köçmək, işləmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə etmək üçün “Sizin Kral Ziyarətiniz” müraciətindən, dövlət maliyyələşdirilməsindən və “Sussex Royal” ticarət markasından imtina etməli oldular. Oğlu və gəlininin xərclərini növbəti 12 ayda Harrinin atası Şahzadə Çarlz ödəyəcək.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm