ABŞ-dan Harri və Meqan cütlüyünə şok - Rədd edildilər
Bizi izləyin

Magazin2

ABŞ-dan Harri və Meqan cütlüyünə şok - Rədd edildilər

İngiltərə krallığının imtiyazlarından imtina edərək ABŞ-a köçən Şahzadə Harri və Meqan Markl cütlüyünün vəqf qurmaq müraciətlərinə cavab gəlib.

Publika.az xəbər verir ki, ABŞ Ticarət və Patentləşdirmə İnstitutu müraciəti rədd edib.

Təkzib məktubunda bildirilib ki, lazımi sənədlər imzalanmayıb və vəqfin tədbirlər siyahısı göstərilməyib. Cütlük lazımi ödənişləri də etməyib.

Qeyd edək ki, cütlük vəqfə oğulları Arçinin adından götürdükləri “Archewell” adını verəcəklərini, vəqfin gəlir məqsədi güdməyəcəyini açıqlamışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm