Bir gündə iki doğmasını itirən Bülent Ersoy hönkür-hönkür ağladı: “Kimsəm qalmayıb”
Bizi izləyin

Magazin2

Bir gündə iki doğmasını itirən Bülent Ersoy hönkür-hönkür ağladı: “Kimsəm qalmayıb”

Bu yaxınlarda həm anasını, həm də yaxın dostu Nur Yerlitaşı itirən müğənni Bülent Ersoy “Kuaförüm sensin” adlı verilişdə göz yaşlarına hakim ola bilməyib.

Publika.az xəbər verir ki, hər gecə yatmazdan əvvəl anasının fotosunu öpdüyünü deyən sənətçi sözlərinə belə davam edib:

“70 yaşındayam, təkəm, uşağım yoxdur. Odur ki, insanları xoşbəxt etmək istəyirəm. Anam üçün çox darıxıram, mənim üçün bir başqa idi. Ona dedim ki, mən də yanına gələcəm, yalnız qalmayacaqsan. Onlar üçün hər gün “Quran” oxutdururam. Arxamdan dua oxudacaq kimsəm qalmayıb, işin pis tərəfi də budur”.

Anasını itirdikdən sonra həyata küsdüyünü deyən müğənni Zeki Mürenin “Annem” mahnısını səsləndirib, həm ağlayıb, həm də izləyiciləri kövrəldib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm