Məşhur hind aktyoru və oğlu koronavirusa yoluxdu
Bizi izləyin

Magazin2

Məşhur hind aktyoru və oğlu koronavirusa yoluxdu

Məşhur hind aktyoru Amitabh Baççan koronavirusa yoluxub.

Publika.az xəbər verir ki, bu barədə 77 yaşlı aktyor Tvitter səhifəsində məlumat verib.

A.Baççan bildirib: "COVID testimin nəticəsi pozitivdir, xəstəxanaya köçürüldüm, ailəm və işçilərim testlərdən keçdi, nəticələr gözlənilir. Son 10 gün ərzində mənlə yaxın təmasda olan hər kəsdən xahiş edirəm ki, testdən keçin!"

Daha sonra onun oğlu, aktyor-prodüser Abhişek Baççan da koronavirusa yoluxması barədə sosial şəbəkədə paylaşım edib.

Hindistanın ən məşhur aktyorlarından olan Amitabh Baççan 15 dəfə "Filmfare Awards" mükafatını qazanıb. O, 50 illik yaradıcılığı ərzində 180 filmdə rol alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm