Qatarda DƏHŞƏTLİ TƏCAVÜZ: məşhur aparıcını azyaşlı oğlunun gözü qarşısında... - FOTO\VİDEO
Bizi izləyin

Magazin2

Qatarda DƏHŞƏTLİ TƏCAVÜZ: məşhur aparıcını azyaşlı oğlunun gözü qarşısında... - FOTO\VİDEO

Ukraynalı teleaparıcı Anastasiya Luqova zorakılığa məruz qalıb.

Publika.az xəbər verir ki, hadisə Mariupoldan Kiyevə gedən qatarda olub.

Aparıcının şəxsi instaqram hesabında paylaşdığı məlumata görə, tanımadığı şəxs gecə saatlarında onun qaldığı kupeyə daxil olub və onu döyməyə başlayıb. Luqova oyandığında təcavüzkarın çılpaq olduğunu görüb.

Zərərçəkənin sözlərinə görə, naməlum şəxs ona cinsi təcavüz etməyə çalışıb. Bu zaman o qışqırıb. Səsinə azyaşlı oğlu oyanıb və o da qışqırmağa başlayıb. Təcavüzkar uşağı vurmağa çalışsa da, anası onu dayandırmağı bacarıb.

Daha sonra Luqova oğlunun heç nə görməməsi üçün təcavüzkarı kupedən çıxmağa inandırıb. Həmin şəxs razılaşıb və onu öz otağına aparıb. Lakin azyaşlı ucadan qışqırmağa başlayıb. Anası onu sakitləşdirmək üçün geri qayıdıb və uşağı götürərək mühafizəçinin yanına qaçıb.

Təcavüzkar şəxs həbs olunub. Daha sonra Kiyevdə hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.

Müayinə zamanı aparıcının çənə sümüyünün qırıldığı aşkarlanıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm