Magazin2
Məşhur aktrisa və əri saxtakarlığa görə HƏBS EDİLDİ
ABŞ-da qızını saxta yolla kollecə qəbul etdirən Hollivudun məşhur aktrisası Lori Laflin barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Publika.az xarici mətbuata istinadla xəbər verir ki, Lori Laflin azadlıqdan məhrum edilməklə yanaşı, 100 saat ictimai iş görməli və 150 min ABŞ dolları cərimə ödəməlidir. Aktrisanın həyat yoldaşı Cannulli barəsində isə beş ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, 250 saat ictimai iş görməli və dövlətin hesabına 250 min ABŞ dolları məbləğində vəsait ödəməlidir. Onların hər ikisi də noyabrın 19-dək ABŞ Həbsxana İdarəsinə təslim olmalıdırlar.
Qeyd edək ki, Cannulli və Laflin qızlarının Cənubi Kaliforniya Universitetinə daxil olması üçün 500 min ABŞ dolları ödəyiblər. Bu məlumat mətbuatda yayıldıqdan sonra böyük rezonans doğurub.
11 yaşından film karyerasına başlayan Lori Laflin 100-dən artıq filmdə baş və epizodik rollara çəkilib. "Çimərliyə qayıt", "Qoca itlər", "Qonşular", "Tam ev", "Təhlükəli vəziyyət və s. filmlərdə rol alıb. O, aktrisalıqla yanaşı, rejissor və model kimi də özünü sınayıb.
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!