Məşhur müğənninin konsertini 7500 nəfər izlədi - FOTO
Bizi izləyin

Magazin2

Məşhur müğənninin konsertini 7500 nəfər izlədi - FOTO

Türkiyəli müğənni Mabel Matizin dünən Harbiye Açıq Hava Konsertləri çərçivəsində ikinci konserti baş tutub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, açıq havada keçirilən konserti izləyənlər arasında məşhurlar da olub.

“Harbiye klassikasına uyğun olaraq bəzənib qarşınıza çıxdım. Yenidən sizinlə olmaq xoşdur”, - ifaçı konsertin açılışında bildirib.

Sənətçi konsertdə öz mahnıları ilə yanaşı, Anadolu xalq mahnılarını da ifa edib.

Biletlərin hamısının satıldığı konsertdə qonaqlar sosial məsafə qaydalarına əməl etməyib, bir çoxları maskasız izləyib.

Qeyd edək ki, sözügedən konsert məkanı 17 minlik olsa da, konsertlərdə 7500 nəfərlik yer ayrılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm