• USD 1,7000 0,00% EUR 2,0661 -0,17%
    • GBP 2,3748 -1,35% RUB 0,0229 -0,87%

Məşhur aktrisa yeni sevgilisi ilə - FOTOLAR

  • Magazin2
  • 16 Yanvar 2021 15:33
  • 764 Baxış
Məşhur aktrisa yeni sevgilisi ilə - FOTOLAR

Məşhur türk aktrisa Demet Özdemir yeni müğənni sevgilisi Oğuzhan Koçun instaqramdakı canlı yayımına qoşularaq ona dəstək olub.

Publika.az xəbər verir ki, aktrisa söhbət bölməsindən sevgilisinə qırmızı ürək yollayıb.

Müğənni isə ona “Demet Özdemir gəldi” deyərək salamlamaqla reaksiya verib. Bu zaman onun utancaq davranışları diqqətdən qaçmayıb.

Qeyd edək ki, cütlüyün yaxın münasibətlərinin olması barədə Türkiyə mediasında iddialar yayılmışdı. Daha sonra Oğuzhan Koç instaqramdan açıqlama verərək aktrisa ilə eşq yaşadıqlarını etiraf etmişdi.

D.Özdemir isə bu iddialara “bəli, birlikdə fotolarımız çəkildi. Yeni ilin eşq bombası deyə bilərsiniz artıq” sözləri ilə cavab vermişdi.

Qeyd edək ki, Oğuzhan Koç daha əvvəl aktrisa Yağmur Tanrısevsin ilə 4 il sevgili olmuşdu. Demet Özdemirin isə adı sonuncu dəfə aktyor Kaan Yıldırımla birlikdə çəkilmişdi.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR