Koronavirusa yoluxan məşhur xəstəxanaya yerləşdirildi
Bizi izləyin

Magazin2

Koronavirusa yoluxan məşhur xəstəxanaya yerləşdirildi

Koronavirusa yoluxan türkiyəli model Deniz Akkayanın səhhəti ağırlaşıb.

Publika.az “Hürriyet”ə istinadən xəbər verir ki, modelin təcili xəstəxanaya yerləşdirildiyi, virusun ciyərlərinə qədər endiyi və şiddətli öskürəyin başladığı bildirilib. İnstaqramda səhhəti haqqında məlumat yayan ulduz 4 gündür xəstəxanada müalicə aldığını qeyd edib:

“Evdə öhdəsindən gələ bilmədim, odur ki, xəstəxanaya yerləşdirildim. Xəstəliyi yüngül keçirdiyimi demək istərdim, ancaq səhhətində ciddi problemlər yaşayan biri olaraq mənə inanılmaz ağrı gəldi. Temperaturum 39-a qədər yüksəlmişdi. Öskürək şiddətlənib. Əzələ ağrılarında isə azalma var”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm