Meqan Markl kral ailəsindəki irqçiliyə eyham vurdu
Bizi izləyin

Magazin2

Meqan Markl kral ailəsindəki irqçiliyə eyham vurdu

Meqan Markl amerikalı televiziya aparıcısı Opra Uinfriyə verdiyi müsahibədə ingilis kral ailəsində rastlaşdığı irqçiliyə eyham vurub. Onun sözlərinə görə, ilk hamiləliyi dövründə bəzi ailə üzvləri gələcək oğlunun dəri rəngi ilə bağlı narahatlıqlarını dilə gətirib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hersoginya kral ailəsi nümayəndələrinin uşağın şahzadə olmayacağını və fərdi mühafizə almayacağını söyləyib. Meqan bu münasibətdən sonra necə şoka düşdüyündən danışıb:

“Onun şahzadə olmasını istəmədilər, odur ki, protokolu pozmağı planlaşdırırdılar. Arçi doğulduqdan sonra dəri rənginin nə qədər tünd olacağı ilə bağlı müzakirələr aparılırdı. Ailəyə çox ziyan vurmamaq üçün kral ailəsinin üzvlərinin bu söhbətlərinə cavab verməkdən imtina etdim”.

Şahzadə Harri ilə Meqanın qonaq olduğu veriliş bu gün CBS kanalında yayımlanıb. İngilis mətbuatı onların ilk dəfə olaraq İngilis kral ailəsinin üzvləri, eləcə də saray əyanları ilə aralarında baş verən qarşıdurmalar və qarşılaşdıqları zülmlər haqqında ilk dəfə məlumat verəcəklərini gözləyirdi.

Qeyd edək ki, Şahzadə Harri və Meqan Markl 1 aprel 2020-ci ildə İngiltərə kral ailəsinin üzvləri kimi fəaliyyətini dayandırmaq qərarını dünya ictimaiyyətinə elan etdi. Onlar ABŞ-a köçmək, işləmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə etmək üçün dövlət maliyyələşdirməsindən və “Sasseks Royal” ticarət markasından imtina edib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm