Bu ölkə "Eurovision"dan kənarlaşdırıldı - VİDEO
Bizi izləyin

Magazin2

Bu ölkə "Eurovision"dan kənarlaşdırıldı - VİDEO

Belarus 65-ci “Eurovision” mahnı müsabiqəsindən kənarlaşdırılıb.

Publika.az xəbər verir ki, ölkənin təqdim etdiyi mahnının qaydalara uyğun gəlmədiyi aşkarlanıb.

Mahnı yarışmasının təşkilatçısı olan Avropa Yayım Birliyi Belarusla bağlı rəsmi elanı “Eurovision” saytında yerləşdirib.

Qeyd edək ki, Belarus yarışmaya “Qalası Zmesta” qrupunun "Mən sənə öyrədəcəyəm" mahnısı ilə qatılmağı planlaşdırırdı.

Lakin müsabiqə təşkilatçıları mahnıda siyasi mesajların olması səbəbilə bir neçə dəfə xəbərdarlıq göndərib və mahnının sözlərini dəyişdirməyi təklif edib. Bundan sonra “Belteleradiocompany” eyni qrupun yeni bir mahnısını təqdim edib. Yeni mahnı yarışmaya uyğunluğunu qiymətləndirmək üçün araşdırılıb. Lakin təşkilatçılar yeni təklifin də yarışma qaydalarını pozduğu qənaətinə gəlib.

Qeyd edək ki, Azərbaycanı yarışmada Samirə Əfəndi təmsil edəcək. Ermənistan isə bu il iştirakdan imtina edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm