Ebru Gündeş Rza Zərrabdan boşanır
Bizi izləyin

Magazin2

Ebru Gündeş Rza Zərrabdan boşanır

Türk müğənni Ebru Gündeş həyat yoldaşı Rza Zərrabdan boşanmaq üçün məhkəməyə müraciət edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi boşanma səbəbi kimi həyat yoldaşının ona başqa qadınla xəyanət etməsini göstərib.

Qeyd edək ki, 2010-cu ildə evlənən cütlüyün Alara adlı qızı var.

Xatırladaq ki, Rza Zərrab 2016-cı ildə ABŞ-ın İrana tətbiq etdiyi maliyyə sanksiyalarını pozduğu üçün həbs edilib və daha sonra cəzasının azaldılması üçün ABŞ məhkəməsi ilə razılıq əldə edərək şahid qismində çıxış edib. O, hazırda Amerika məhkəməsi tərəfindən qorunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm