• USD 1,7000 0,00% EUR 1,9881 -0,26%
    • GBP 2,3304 +0,22% RUB 0,0235 +0,43%

Sibel Can pandemiyada NƏLƏR YAŞADI?

  • Magazin2
  • 23 İyul 2021 09:46
  • 1 507 Baxış
Sibel Can pandemiyada NƏLƏR YAŞADI?

Müğənni Sibel Can pandemiyanı ruhun bədənlə birləşməsini təmin edən fürsət kimi dəyərləndirib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi pandemiya müddətində keçirdiyi narahatlıqlardan danışıb. Aylarla evdən çıxmayan müğənni mahnı oxumadığı günlərdə səsini itirməyə başlamasından şübhələnib.

“Səhnənin məni nə qədər xoşbəxt etdiyini bir daha anladım və bu müddətdən dərs çıxardım. İşlərin gərgin olduğu bir dönəmdə tətil üçün dəridən-qabıqdan çıxırıq. Koronavirus hamımızı məcburi şəkildə tətilə çıxardı. Bu, çətin günlərin ən yaxşı tərəfi deyilmi? Təbii ki, elədir. Özümə qayıtdım. O qədər sürətli yaşamışıq ki, ruhumuz bədənimizdən ayrılıb. Pandemiya nəticəsində ruhumuz yenidən bədənimizə qovuşdu. Köhnə günlərə bir daha qayıtmayacağımızı da düşündüm. İndi Allaha şükür edirəm”.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR