Atəş açdığı üçün saxlanılan müğənni danışdı - VİDEO
Bizi izləyin

Magazin2

Atəş açdığı üçün saxlanılan müğənni danışdı - VİDEO

Xəbər verdiyimiz kimi, Manavqatda davam edən yanğınsöndürmə işlərinə qatılmaq istəyən müğənni Yusuf Güney yanğınsöndürənlərlə mübahisə edərək havaya atəş açdığı üçün saxlanılmışdı.

Publika.az xəbər verir ki, müğənni hücuma məruz qaldıqlarını və bu səbəbdən silah istifadə etmək məcburiyyətində olduğunu bildirib. O, bu barədə instaqramda açıqlama yayıb:

“Meşələri bilə-bilə yanmağa tərk edən cahil insanlarla danışdığım üçün 10 nəfər mənə və dostuma taxtalarla hücum etdi. Özünümüdafiə məqsədilə maşına mindik.

Mən və dostum maşınımda döyüldüm. Bu zaman terrorçulardan aldığım yüzlərlə təhdidlər səbəbindən üzərimdə daşıdığım lisenziyalı silahımdan heç bir təhlükə törətmədən havaya iki dəfə atəş açdım. Daha irəli getməmək üçün silahımı dostuma təhvil verdim. Biz o vaxt hələ də döyülürdük.

Polislər köməyimizə gəlməsəydi, biz hazırda komada olardıq. Bu hadisənin niyə baş verdiyini paylaşacağım videolarda görəcəksiniz. Günlərlə acınacaqlı halda ora-bura qaçıram, videolar paylaşmışam ki, komandalarımızın dəyərini biləsiniz və onların qiyməti olmayan işlərinə mane olmayasınız. Bu videoda isə doğru ilə yalanı müəyyən edəcəksiniz. Mən qurban olmuşam. Polis araşdırma aparır. Bununla belə, mübarizəmi davam etdirəcəyəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm